Uşağı COVID-19 olan ailələrin diqqətinə! - Yanında olarkən mütləq...

14 Aprel 2021 22:22

Türkiyəli həkim pediatr Ülkü Tıraş koronavirusa yoluxan uşaqlara xüsusi diqqət ayrılmalı olduğumuzu bildirib.

Milli.Az xəbər verir ki, həkimin sözlərinə görə, yoluxan uşaqlar məktəbə göndərilməməli, evdə gedişatı izlənməlidir. Temperaturu tez-tez yoxlanılmalıdır. Yüksək temperatur, ishal, öskürək və ya nəfəs darlığında vaxt itirmədən həkimə getmək lazımdır.

Ayrı bir otaqda olmasına çalışın

Koronavirus infeksiyasında kliniki əlamətlər başlamadan 2 gün öncə yoluxdurucu olur. Ona görə də əgər hansısa şübhəniz varsa, uşağınızı mümkün olduğu qədər tək otaqda saxlayın. Bu müddətdə mütləq xəstəlik ona başa salınmalı və qorunma yollarından bəhs etməlisiniz. Amma evdə uşağı ayrı otaqda izolyasiya etmək çox da asan deyil. Ona görə də yaxşı olar ki, böyüklər özlərini qorusun.

Yanında olarkən cüt maska taxın

Uşağınız 2 yaşdan yuxarıdırsa və maska taxdıra bilirsinizsə bu çox faydalıdır. İstifadə etdiyi maskanı hər 4-6 saata bir ya da islandıqda mütləq dəyişdirməlisiniz. Amma uşaqlarda bu çətin olduğu üçün böyüklərin maska taxmasını məsləhət edirik. Ev içərisində maska ilə gəzin. Uşağın yanında cüt maska taxmalı, 4-6 saatda bir və ya islandıqda dərhal dəyişməyi vərdiş halına gətirməlisiniz.

Hamamı istifadəsindən sonra təmizləyin

Tualet və hamam istifadəsindən sonra oranı təmizləməyi unutmayın.

Evi havalandırın

Qapalı məkanların havalandırılması çox önəmlidir. Gündə ən azı 3-4 dəfə, 10 dəqiqə havalandırmağınız çox önəmlidir.

Yastıq və yataq üzlərini dəyişdirin

Uşağınıza və sizə aid üzləri 3 gündə bir, yastıq üzlərini isə hər gün dəyişdirməyə, paltaryuyan maşında ən az 60 dərəcədə yumağa çalışın. Uşağa aid olan əşyaları mümkünsə başqası istifadə etməsin. Paltar və dəsmalları ütüləyərək dizenfeksiya etməyiniz çox önəmlidir.

İştahası yoxdursa sevdiyi qidalarla bəsləyin

C vitamini ilə zəngin qidalanmaq və D vitamini almaq çox yararlıdır. Xüsusən xəstə olduqda uşaqlar iştahasız ola bilir. Bu müddətdə onun sevdiyi qidaları verin, yeməkləri hazırlayın. Əgər ciddi iştaha problemi olarsa, bu halda bəzən damar yolu ilə bəsləmək lazım olur.

PCR testini oyuna çevirin

PCR testindən qorxmaması üçün "Burnuna, boğazına pambıqla toxunacaqlar və burnun qıdıqlanacaq" kimi cümlələr deyin. Bunu oyuna çevirin. /medicina.az

Milli.Az