Könül Xasıyevadan sevgi etirafı - Onun üstündə qızlarla dava edirdik

14 Aprel 2021 16:24

Xalq artisti Könül Xasıyeva " Söhbət var" verlişində qonaq olarkən məktəb illərindən və həmkarı Zakir Əliyevlə tanışlığında danışıb.

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, o Z.Əliyevlə Bülbül adına orta ixtisas məktəbində bir sinifdə oxuduğunu söyləyib:

"Bir partada oturmuşuq. Zakir Hindistan oğlanlarına oxşayırdı, çox şirin idi. Elə gözəl idi ki... Evdə məktəb vaxtlarından şəkillərimiz də var. Bütün qızlar, hamımız  Zakiri sevirdik, onun üstündə dava edirdik. Həm də xarakteri yaxşı idi. Mülayim insan idi".

Milli.Az