Putin vaksinin ikinci dozasını vurdurdu

14 Aprel 2021 14:49

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurub.

Milli.Az TASS-a istinadən məlumat verir ki, Prezident "ümid edirəm hər şey yaxşı olacaq. Ümid yox, buna tam əminəm", - deyib. Dövlət başçısı peyvənd olunduğu vaksinin adını açıqlamayıb. Əhalinin peyvənd olması sayəsində pandemiyanın sürətlə geri çəkiləcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, o, ilk koronavirus peyvəndini 23 martda edib.

Kamran
Milli.Az