Bu bank kartları ilə əməliyyatlar müvəqqəti dayandırılacaq

14 Aprel 2021 13:34

"AzeriCard" prosessinq mərkəzi 2021-ci il aprelin 15-də xidmətlərin göstərilməsini dayandıracaq.

Mərkəzin Vətəndaşlara xidmət departamentindən Milli.Az-a bildiriblər ki, xidmətlərin göstərilməsi gecə 01:30-06:00 arası dayandırılacaq.

Qeyd olunub ki, bu müddət ərzində prosessinq mərkəzinin əməkdaşlıq etdiyi bütün bank kartları ilə əməliyyatlar söndürüləcək. Bu, şirkətin göstərdiyi xidmətlərin yenilənməsi və təkmilləşdirilməsi işləri ilə bağlıdır.

Milli.Az