Pandemiya dövründə mobil bankçılıq vasitəsilə əməliyyatlar artıb - Mərkəzi Bank

14 Aprel 2021 12:01

2020-ci ildə Azərbaycanda pandemiya fonunda mobil bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların həcmi artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov "Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu" adlı onlayn tədbir zamanı deyib.

O qeyd edib ki, ötən il ərzində mobil bankçılar vasitəsilə ödənişlərin sayı 2019-cu illə müqayisədə 16 faiz, istifadəçilərin sayı isə 53 faiz artıb:

"2018-2020-ci illər ərzində mobil bankçılığın inkişafı çərçivəsində bu sektor üçün yeni infrastruktur inşa edilib, rəqəmsal avtorizasiya sistemi yaradılıb, banklar bir platformaya inteqrasiya olunub".

F.Osmanov qeyd edib ki, bu gün Mərkəzi Bankın əsas missiyası bankçılığın inkişafı, ödənişlər üçün daha səmərəli üsulların təqdim olunmasıdır.

Milli.Az