Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır

14 Aprel 2021 11:56

Azərbaycanda pul vəsaitlərinin köçürülməsi üçün mobil platforma hazırlanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin rəhbəri Vüsal Qasımlı "Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu" adlı onlayn tədbir zamanı deyib.

Onun sözlərinə görə, bu layihə Azərbaycanın qanunvericilik bazası çərçivəsində mərhələli şəkildə tətbiq edilir.

V.Qasımlı bildirib ki, Azərbaycanda bir sıra biznes sahələri və ticarət, tədris, xidmət sahələri rəqəmsallaşdırılır:

"Qarabağda rəqəmsallaşma və "ağıllı" layihələrin icrası ölkədə rəqəmsallaşma prosesinə və yeni infrastruktur tikintisinə təkan verəcək".

Milli.Az