Malikanəsini müalicəsi üçün satışa çıxardı

14 Aprel 2021 11:49

"Formula-1"in əfsanəsi Mixael Şumaxerin evi satışa qoyulub.

Milli.Az apasport.az saytına istinadən xəbər verir ki, yarışın 7 qat çempionunun həyat yoldaşı Korinna İsveşrənin Qlan şəhərindəki ərazisi 20 min kvadrat metr təşkil edən malikanəni satışa çıxarmağa məcbur olub.

Şumaxerin evinin qiyməti 58,7 milyon avro ilə dəyərləndirilir. Satışdan əldə olunacaq vəsait sabiq pilotun müalicəsinə sərf ediləcək. Əfsanənin tibbi xidmətlərinə ildə təxminən 3 milyon avro xərclənir.

Qeyd edək ki, Şumaxer 2013-cü ilin dekabrında Frananın Meribel şəhərində dağ xizəyi ilə sürüşən zaman başından ciddi xəsarət alıb. Uzun müddət komada olan pilotun durumu 2018-ci ilin sonlarında yaxşılaşsa da, 2 il öncə Paris klinikasına yerləşdirilib.

Milli.Az