Türkiyədə yük qatarı qəzaya uğrayıb

14 Aprel 2021 10:34

Türkiyənin Bursa vilayətində yük qatarı relsdən çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza ilə əlaqədar vilayət ərazisində yük daşımaları dayandırılıb.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Bölgəyə xilasedicilər cəlb olunub.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Milli.Az