Nərimanov rayonunda motosiklet avtomobilə çırpıldı - VİDEO

14 Aprel 2021 10:49

Bakının Nərimanov rayonunda motosiklet avtomobilə çırpılıb.

Hadisə Ziya Bünyadov prospektində qəza baş verib. 2003-cü il təvəllüdlü Piriyev Sadiq İlqar oğlunun idarə etdiyi motosiklet Üzeyir Cavadovun idarəetməsində olan "Saipa" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə S.Piriyev xəstəxanaya çatdırılıb.

Milli.Az REAL TV-yə istinadən xəbər verir ki, Ü.Cavadov bildirib ki, ona məxsus avtomobil nazas olduğundan xəbardarlıq işığını yandıraraq yol kənarında saxlayıb. Elə olanlarda bundan sonra yaşanıb.

Hadisənin qeydə alındığı tuneldə metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Milli.Az