Təhsil Nazirliyi açıqladı: Bu diplomlar tanınmayacaq - VİDEO

14 Aprel 2021 11:14

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 2021-ci ilin birinci rübü ərzində xarici diplomların tanınma üzrə müraciətlərin statistikası açıqlanıb. Mənfi qərarların 29 faizi 10 ali təhsil müəssisəsini əhatə edir. 678 nəfər müraciət edənin 493-ü barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib.

Xarici diplomların tanınması üçün müraciət edən 678 nəfərdən yalnız 493-ünə şəhadətnamə təqdim edilib. 

Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, paytaxt sakini Cavid Əhmədzadə 2020-ci ilin avqustunda Türkiyənin İstanbul Altıbaş Universitetinin tibb fakültəsini bitirib. Diplomunun tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edib. 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin departament direktoru Nicat Əsədli azərbaycanlı tələbələrin əsasən hansı ölkələrin ali təhsil müəssisələrində oxuduqlarını açıqlayıb.

Departament direktoru bildirib ki, diplomunun tanınması üçün müraciət edən 185 nəfərə mənfi cavab verilib.

Nicat Əsədli qeyd edib ki, ərizələr üçün birinci rüb üzrə orta icra müddəti 18 gün təşkil edib. Ölkələr üzrə isə Ukraynadan 197, Türkiyədən 170, Rusiyadan 167, Gürcüstandan 50, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən 83 müraciət olub.

Milli.Az