Keçmiş prezident plastik əməliyyat etdirdi - Tanınmaz hala düşdü - FOTO

14 Aprel 2021 09:54

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko parlament fraksiyalarının razılaşma şurasında millət vəkillərinin qarşısına yeni görkəmdə çıxıb.

Milli.Az demokrat.az-a istinadən xəbər verir ki, bu barədə "Strana" nəşri yazıb.

Məqalədə qeyd olunub ki, keçmiş Ukrayna lideri stilini dəyişdirib. Millət vəkilinin "Louis Vuitton"dan qiyməti 875 ABŞ dolları olan ayaqqabısı diqqəti çəkib.

Mütəxəssislərə görə, Poroşenko plastik əməliyyat da etdirib.

Milli.Az