"Antitel kokteyli" yoluxma riskini 81 faiz azaldır - Trampın müalicəsində istifadə edilib

14 Aprel 2021 21:40

ABŞ-ın dərman firması "Regeneron"un koronavirusa qarşı yaratdığı "Regen-Cov" adlı "antitel kokteylinin" infeksiyaya qarşı 81 faiz qoruyucu olduğu deyildi.

Milli.Az xəbər verir ki, "Regen-Cov" adlı kokteyl Donald Trampın müalicəsində də istifadə edilib. Firmanın açıqlamasına görə, yoluxanlarda ilk həftədə 72 faiz, sonrakı həftələrdə isə 93 faiz təsirli olub.

Açıqlamada həmçinin qeyd edilri ki, "Regen-Cov"un dəri altından vurulması ilə yoluxmayanlarda bu riski 81 faiz azaldır.

Bu dərman hələ də vaksinasiya olunmamış və ya yüksək riskli qruplar üçün önəmli bir işarədir. Dərmanın daha geniş istifadəsi üçün ABŞ Qida və Dərman Dairəsinə müraciət ediləcək.

Qeyd edək ki, bu dərman 2020-ci ilin noyabrında sadəcə təcili hallar üçün istifadəsinə icazə verilmişdi. Dərman damardan qəbul edildiyi və zaman aldığı üçün koronovirusun müalicəsində istifadə edilmədi. /medicina.az

Milli.Az