Rusiya Soçi Olimpiadasına 6 milyard dollar xərcləyəcək

28 Aprel 2010 16:58
"RBK" agentliyinin məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Dmitri Kozak bildirib. O, bəzi olimpiya obyektlərilə bağlı ekspert qiymətləndirmələrinin hələ ki, başa çatmadığını və bu üzdən rəqəmin dəyişə biləcəyini də söyləyib.
Kozakın sözlərinə görə, Soçi Olimpiadasına xərclənəcək vəsait ümumilikdə regionun inkişafı üçün nəzərdə tutulmuş məbləğin dörddə birinə bərabərdir.

Milli.Az