Ronaldu, Neymar və Salahı Qarabağa çağırdılar - VİDEO

13 Aprel 2021 18:52

"Qarabağ"ın azyaşlı futbolçuları Məhəmməd Salah, Kriştianu Ronaldu və Neymarı Qarabağa - "İmarət" stadionuna dəvət ediblər.

Milli.Az fanat.Az-a istinadən xəbər verir ki, "Qarabağ"ın 11 yaşlılardan ibarət komandasının kapitanı Uğur Qurbanlı və 10 yaşlılardan ibarət komandasının oyunçusu Raul Hüseynli müraciətlərində futbol ulduzları ilə Ağdamda futbol oynamaq istədiklərini, onlardan səbirsizliklə cavab gözlədiklərini deyiblər. 

Milli.Az