Aktyor bu paylaşımı ilə kövrəltdi

13 Aprel 2021 19:19

Aktyor Elcan Rəsulov İnstaqram paylaşımı ilə hər kəsi kövrəldib.

Milli. Az "sherg.az-a istinadən xəbər verir ki, o atasının fotosunu paylaşaraq onun ölüm ildönümü olduğunu söyləyib. Aktyor məlum postda bunları yazıb:

"Bu cavan oğlan atam Etibardır. Düz 13 il öncə elə bu gün 49 yaşında dünyasını dəyişib. O  zamana qədər 13 rəqəminə nifrət edirdim. Atam vəfat edəndə təsdiqini tapdı. Sonralar tarix mənə on üç rəqəmi ilə bağlı xoş günlər yaşatmağa çalışsa da, onu bağışlamıram.

Həm də siqarət çəkməyə ilk başladığım gündür, atasız qaldığım gün. Daşıya bilməyəcəyim həyat yükünün bir anda belimə qoyulduğu gündür.
Allah bilir həmin rəqəm mənə  daha hansı ziyanları vurub. Ondan sonra həyata insanlara baxışım dəyişdi. O qədər şərəfsiz, mənliksiz, yaxud da səxavətli, mərd, dürüst insan gördüm ki, artıq doğmanı, yadı ayırd edə bilirəm.
Yaxın qohumumu yad, uzaq insanı da doğma etməyi bacarıram. Valideynlərinizin qədrini bilin. Görmədiyiniz elə ziyanların qarşısını alırlar ki, tək qalanda onlara sinə gərmək çətin olur. Anamı bir günlük blok elədim ki, paylaşımımı görməsin".

Milli.Az