Ermənistanda aksiyalar səngimir - itkinlərin valideynləri binanın girişlərini bağladılar - FOTO

13 Aprel 2021 17:07

Ermənistanda itkin düşən hərbçilərin valideynləri Şirak bölgəsinin inzibati binasının girişlərini bağlayıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"ın müxbiri hadisə yerindən məlumat verib.

Etirazçılar Baş nazir Nikol Paşinyan və Şirak bölgəsinin qubernatoru Ovannes Arutyunyanın onlarla görüşməsini tələb edirlər.

Milli.Az