A seriyasının 30-cu turunda "Parma" ilə matçda hakimi təhqir etdiyi üçün meydandan qovulan "Milan"ın futbolçusu Zlatan İbrahimoviçin cəzası açıqlanıb.
Milli.Az qol.az-a istinadən A seriyasının rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı hücumçu bir oyunluq cəzalandırılıb. İsveçli forvard növbəti turda "Cenoa" ilə keçiriləcək oyunu buraxacaq.
Bundan başqa, Zlatan 5 min avro məbləğində cərimə olunub.
Milli.Az