FETÖ-ya qarşı növbəti əməliyyat keçirilir

13 Aprel 2021 18:34

Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilir.

Milli.Az virtualorg.az-a istinadla xəbər verir ki, ölkənin 49 vilayətində paralel keçirilən əməliyyatlarda Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatları ilə əlaqə saxlamaqda şübhəli bilinən 89 üzvünün saxlanılmasına qərar verilib.

Onların arasında Türkiyənin Quru Qoşunları Komandanlığının, Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin, polis və jandarma qüvvələrinin əməkdaşları da var. Şübhəlilərdən 42-sinin hazırda fəaliyyətdə olduğu bildirilir.

Milli.Az