Ermənilər 800 yaşı olan çinarı məhv edib

13 Aprel 2021 18:17

Bu gün media nümayəndələrinin Cəbrayıl və Qubadlı rayonlarına təşkil olunan səfəri çərçivəsində Cəbrayıl rayonunun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ETSN-nin sektor müdiri Mehman Nəbiyev Əmirvarlı kəndi ərazisində 800 yaşı olan Şərq çinarı haqqında məlumat verib.

O bildirib ki, ağac 1974-cü ildə xüsusi qorunma statusu alıb: "İşğal zamanı ermənilər Şərq çinarını məhv edib. Qubadlı, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarında 35 Şərq çinarı olub. Bu rayonların hamısında ermənilər ağacları məhv edib".

Milli.Az