Kevin Medinadan "Qarabağ Azərbaycandır" paylaşımı

13 Aprel 2021 15:29

"Qarabağ"ın legioneri Kevin Medina Azərbaycana dəstək nümayiş etdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçi İnstaqram hesabındakı paylaşımında Qarabağın Azərbaycan torpağı olduğunu xatırladıb. O, hekayə bölməsində "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, ötən ilin yayından Ağdam təmsilçisində çıxış edən Medinanın klubu ilə sözləşməsi 2023-cü ilin yayına qədərdir.

Milli.Az