Müğənninin milyonluq malikanəsindən - FOTOlar

13 Aprel 2021 17:54

Pop musiqisinin kraliçası Madonna bahalı malikanə alıb.

Milli.Az axsam.az-a istinadən bildirir ki, ifaçı müğənni Uikendin "Hidden Hills"də yerləşən lüks villasını seçib. Madonna geniş ev üçün 19 milyon 300 min dollar (32 milyon 810 min manat) ödəyib.

1100 kvadratmetrlik ərazidə yerləşən malikanə böyük qonaq otağı, 9 yataq və vanna otağından ibarətdir. Bundan başqa evdə idman, kino zalı, basketbol meydançası, beş avtomobil üçün qaraj da mövcuddur.

Yeni evində Madonna Dueyen Veyd, Dreyk, Lil Uayn kimi məşhurlarla qonşu olub.

Milli.Az