"Gündəmə gəlmək üçün evim və qızıllarım yoxdur"

13 Aprel 2021 16:34

"Nəyə lazımdır durum kimləsə ədavət aparım. Haqqımda pis danışanları, ayağımın altını qazanları yola vermişəm. Özümü elə aparmışam ki, heç nə bilmirəm. Nəyə lazımdır, kimləsə ədavət aparım? O mənə, mən ona pislik edim? Aktyorlar var ki, gördüyü işlər böyükdür, amma Azərbaycan içində. Mən isə Azərbaycanı xaricdə təmsil etmişəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artisr Rəhman Rəhmanov "ATV maqazin onlarla" proqramında söyləyib. Qalmaqallardan yorulduğunu deyən aktyor şou-biznes nümayəndələrinə də söz atıb:

"İndi maşınlarını, evini, bağını reklam edib gündəmə gəlirlər. Onlar gündəmə tez gəlib, sənətdən əvvəl tanınmaq istəyirlər. Gündəmə gələcək, evim və qızıllarım yoxdur. Anacaq özüm və balaca sənətimlə gündəmdəyəm.

Milli.Az