Zelenski ultimatum verdi

13 Aprel 2021 15:24

Əgər ABŞ və onun müttəfiqləri Ukraynanın NATO-ya gələcəkdə üzv olmasını istəyirlərsə, onlar gərək birbaşa bunun haqqında danışsınlar və Ukraynaya kömək üçün praktiki addımlar atsınlar. Sözlər kifayət deyil.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Ukrayna üçün yaxşı dostdur, lakin ABŞ Prezidenti Cozef Bayden Rusiya aqressiyasını dayandırmaq yolunda çox şey etməlidir.

O, NATO-ya üzvlüyün Ukraynanın təhlükəsizliyinə zəmanət anlamına gələcəyini bildirib.

Milli.Az