Qanunsuz tikilən evlərlə bağlı problem parlamentdə qaldırıldı

13 Aprel 2021 14:59

"Qanunsuz tikilən evlərlə bağlı problemlər həll olunmalıdır".

Milli. Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, sosial şəraitlə əlaqədar insanlar yaşadığı yerləri tərk edir: "Bakıya girəndə Sulutpədən başlamış, şəhərin bütün giriş-çıxışlarına baxanda Bakı bir gecəqondu şəhərini xatırladır. Bunu dəyişməliyik. Bizim qanunsuz nikah məsələsinə baxışımız necə olubsa, qanunsuz evlərə də münasibətimiz elə olmalıdır. Bu məsələdə qurumlararası münasibətlər acınacaqlı vəziyyətdədir. Bələdiyyələrin qərarı keçərli deyilsə, onda hansı sənəd burada əsas götürülə bilər? Yüzlərlə qanunsuz sərəncam Şəhərsalma və Arxitektura Komitəsinə miras qalıb. Rayonlarda elə vəziyyət yaradılmalıdır ki, insanlar dədə-baba yurdlarında yaşasınlar. Bu, ciddi problemdir və həllini tapmalıdır". 

Milli.Az