Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb

13 Aprel 2021 14:54

Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb.

Bu barədə Milli.Az-a Dövlət Gömrük Komitəsindən bildiriblər.

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Lada Priora" markalı nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin sağ oturacağının altındakı boşluqda gömrük nəzarətindən gizlədilən bir ədəd üzərində "MP-654 K. CAL 4,5 MM, T 17063963" yazısı olan pnevmatik tapança və həmin tapançaya aid daraq aşkar edilib.

Milli.Az