Aprelin 2-də açıq ürək əməliyyatı keçirən Xalq artisti Azər Zeynalovun səhhətindən xəbər var.
Milli.Az xəbər verir ki, Respublika Diaqnostik Mərkəzindən lent.az-a verilən məlumata görə, 56 yaşlı müğənni evə buraxılıb:
"Hazırda Azər bəyin vəziyyəti yaxşıdır, özünü yaxşı hiss edir. Artıq xəstəxanadan evə buraxıldı. İndi müalicəsi ev şəraitində davam etdiriləcək".
Milli.Az