Bu foto sosial mediada gündəm oldu

14 Aprel 2021 19:55

Sosial mediada ilıq su ilə doldurulmuş əlcək fotosu geniş müzakirələrə səbəb oldu.

Milli.Az xəbər verir ki, Braziliyada izolyasiya alınan koronavirus xəstələrinə toxunma hissi verməsi üçün əllərinə bağlanılan isti su ilə doldurulmuş əlcək fotosu bir çox izləyicilər tərəfindən paylaşılıb.

Həmin fotoya bəziləri "Tanrının əli" şərhini yazarkən, bəzi tibb işçiləri isə bunun hazırda istifadə edildiyi bildiriblər.

Mütəxəssis Eric Feigl-Ding xəstələrin tək başına öldüyü, sevdiklərinin toxunmasını arzuladığı xəstəxana otaqlarında bu duyğunu təqlid etmək üçün tibb bacıları tərəfindən belə bir şeyin hazırlandığını yazıb.

Qeyd edək ki, psixoloqlar bunun hətta ölüm sayını belə azalda biləcəyini hesab edirlər. /medicina.az

Milli.Az