Məmur işdən çıxarıldı - Etirazlardan sonra

13 Aprel 2021 14:39

ABŞ-da Minnesota ştatında polis tərəfindən afroamerikalının öldürülməsindən sonra Bruklin-Senterin meri Mayk Elliot şəhər menecerini işdən qovub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Elliot "Facebook" səhifəsində yazıb:

"Bizim şəhərimizin meneceri vəzifəsindən azad edilib".

Onun səlahiyyətlərinin millət vəkilinə veriləcəyi qeyd olunur. Merin sözlərinə görə, qərar dərhal qüvvəyə minir.

Xatırladaq ki, polisin afroamerikalını güllələməsindən sonra şəhərdə etirazlar başlayıb.

Milli.Az