Təqaüddə olan polkovnik vəfat etdi

13 Aprel 2021 11:32

Daxili İşlər Nazirliyinin (DİN) təqaüddə olan yüksək vəzifəli əməkdaşı vəfat edib.

Milli.Az- oxu.az-a istinadən bildirir ki, daxili işlər orqanlarında xidmət etdiyi dövrdə DİN-nin Maddi Texniki Təminat Xidmətinin rəis müavini vəzifəsini icra edən polis polkovniki Ələkbərov Əkbər Ağaəli oğlu bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib. 

Milli.Az