Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçirilməlidir. Baş nazir Nikol Paşinyanın seçkilərdə məğlubiyyətinə və sonra da hakimiyyətdən tam kənarlaşdırılaraq həbsinə çalışan qüvvələrin bir mərkəzdən idarə olunması gün keçdikcə daha qabarıq, aşkar şəkildə nəzərə çarpır.
İrəvandakı etiraz aksiyalarının "erməni xalqının təbii mövqe izharı" olduğunu vurğulayan erməni analitiklər və siyasi ekspertlər, həmişə olduğu kimi, yalan danışırlar.
Rusiyadakı erməni diasporunun rəhbərliyi isə aşkar şəkildə sabiq prezident Robert Köçəryanı dəstəkləyir. Özü də bu dəstək kampaniyası siyasi əxlaq prinsiplərinin kobud şəkildə pozulması ilə muşayiət olunur.
Robert Köçəryanın bisavad, intellektdən kənar şəxs olduğu bəllidir və onun hakimiyyətə qayıdışı Ermənistanda revanş əhval-ruhiyyəsinin daha da aktivləşdirilməsi vasitəsilə reallışdırılmağa hesablanıb.
Lakin Köçəryan və onun "təbliğat" kampaniyasını maliyyələşdirənlər, bu kampaniyanı təşkil edərək həyata keçirənlər unudurlar ki, İkinci Qarabağ Müharibəsinin nəticələrini təftiş etməyə çalışmaq, yeni hərbi əməliyyatlara başlamaq və revanşa can atmaq Ermənistanın bir dövlət kimi sonu olacaq.

Rusiyadakı erməni diasporu isə siyasi əxlaqsızlıqda sərhəd tanımayaraq sırf öz merkantil maraqlarını təmin etmək və Ermənistanın Rusiyanın tam kontrolundan, Cənubi Qafqazdakı forpost statusundan kənarlaşmasına heç bir halda yol verməmək üçün bütün yollarlarla vasitələrə əl atır.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi, general-polkovnik Onik Qasparyanla olan epopeya da buna sübutdur.
Xatırladaq ki, N.Paşinyan bu generalı vəzifəsindən kənarlaşdırmaqla bağlı qərar imzalayandan sonra O.Qasparyan tabe olmamış, bütün hərbçilərin adından çıxış edərək Paşinyanın istefasını tələb etmişdi.
Onik Qasparyan sonadək mübarizə aparacığını bəyan etmişdi.
O, kimsə tərəfindən, hər hansı siyasi qüvvə və ya maliyyə konqlomeratı tərəfindən dəstək, yaxud göstərişlər almadığını da vurğulamışdı.
Fəqət bu, ağ yalandır.
Onik Qasparyanın belə "cəsarətli" davranışının əslində Rusiyadakı erməni diasporunun rəhbərlərinin hazırladıqları ssenari əsasındakı oyun olduğunu dəfələrlə yazmışıq.
İndisə sübutu təqdim edirik.
O.Qasparyanın demarşları zamanı elə Ermənistanın özündə çoxları sual verirdilər: bütün bu məzhəkə kimə gərəkdir, axı Qasparyan digər qorxaq və bivec erməni generallardan heç nə ilə fərqlənmir?
Ancaq Nikol Paşinyanı devirmək və Ermənistanda hakimiyyətə öz marionetkası Robert Köçəryanı gətirmək üçün Rusiyadakı erməni diasporuna rıçaq gərəkdi. Bunun üçün Ermənistanda vətəndaş müharibəsi olsa da, qan gölü yaransa da, diaspor qərarında qətiyyətlidir.

Robert Köçəryanın Moskvadakı xidmətçilərindən biri olan Lilit Boqdanova sosial şəbəkələrdəki "müstəqil bloqer"lərə, xüsusilə də erməni diasporunun maliyyələşdirdiyi və tam nəzarət etdiyi Telegram kanalların administratorlarına yolladığı səs yazısında onlardan Onik Qasparyanı tam dəstəkləməyi, Nikol Paşinyanı "sərt tənqid" etməyi, "potensial baş nazir" barədə 1-3 dəqiqə sürəkli audio və videoçarxların hazırlanmasını tələb edir.
L.Baqdasaryan deyir ki, bu minvalla İrəvanın mərkəzində, hökumətin yerləşdiyi Baqramyan, 26 ünvandakı binanın qarşısında çadırlar qurmuş müxalifətçilərə dəstək vermiş olarlar.
Rusiyadakı erməni diasporu onillər boyu olduğu kimi, indi də Ermənistandakı kütlə ilə manipulyasiya edir, Ermənistandakı erməniləri sadəcə, maraqlarına xidmət edən marionetlər sayır.
Orxan Hun
Milli.Az