Gürcüstanda koronavirusa yoluxanların sayı 290 mini ötüb

13 Aprel 2021 13:49

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1374 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 290 129, xəstəlikdən ölənlərin sayı isə 3 894 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 278 251 nəfərin sağaldığı bildirilir.

Milli.Az