FHN əməkdaşı koronavirusdan vəfat etdi - 31 yaşı var idi

13 Aprel 2021 10:34

Fövqəladə Hallar Nazirliyinin bir müddət öncə COVID-19 virusuna yoluxan gənc əməkdaşı Oqtay Quliyev vəfat edib.

FHN Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, Nazirliyin Nərimanov rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı 1990-cı il təvəllüd Oqtay Quliyev müalicə olunduğu xəstəxanada vəfat edib.

O.Quliyev, həmçinin, FHN işçilərinin Həmkarlar İttifaqının üzvü olub.

Milli.Az