Neftin bahalaşması davam edir

13 Aprel 2021 12:29

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin iyun müqaviləsinin dəyəri 0,32% artaraq 1 barelə görə 63,48  dollar təşkil edib.

Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,32% artaraq 59,89 dollar təşkil edib.

Milli.Az