"Evdə tək"in ulduzu ata oldu - FOTO

13 Aprel 2021 10:14

"Evdə tək" filmi ilə məşhurlaşan aktyor Makoley Kalkin ata olub.

Milli.Az axşam.azistinadən xəbər verir ki, 40 yaşlı aktyorun həmkarı Brenda Sonqdan oğlu dünyaya gəlib.

Aprelin 5-də həyata göz açan körpəyə Makoleyin mərhum bacısı Dakotanın adı verilib.

Qeyd edək ki, Dakotanı 2008-ci ildə avtomobil vurub öldürüb.

Milli.Az