Nyu-Yorka xaricdən gələnlər üçün karantin şərtləri ləğv edilib

13 Aprel 2021 08:23

Nyu-York ştatına gələn xaricilər üçün qüvvədə olan 10 günlük karantin şərtləri ləğv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ştatın Səhiyyə İdarəsinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, əvvəllər qüvvədə olan sözügedən qadağa məcburi deyil, sadəcə tövsiyə xarakterlidir: "Həmçinin, səyahətçilər üçün üç gün sonra koronavirus testi vermələri də məcburi deyil. Lakin Səhiyyə idarəsinin xüsusi bir formasında qeydlər aparılacaq. Formada səyahətçinin koronavirus testi verib-vermədiyi və yaxud əvvəllər koronavirusa yoluxub-yoluxmadığı göstərilməlidir".

Xatırladaq ki, əvvəllər xaricdən Nyu-Yorka gələn hər kəs məcburi şəkildə 10 gün müddətinə karantinə alınırdı. Əks halda cərimə nəzərdə tutulurdu.

Milli.Az