Bakıda iki avtomobil toqquşub - FOTO

13 Aprel 2021 08:13

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Atatürk prospektində "Audi" markalı avtomobil "Toyota" markalı  maşına çırpılıb.

Qəza zamanı hər iki minik vasitəsinə ciddi ziyan dəyib. Hadisə yerinə Nərimanov rayon polis idarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az