Naxçıvan Muxtar Respublikasında sənaye istehsalı 250 milyon manatı ötüb

12 Aprel 2021 19:28

2021-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında (MR) sənaye istehsalının həcmi 257,037 milyon manat təşkil edib.

Milli.Az bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Qeyd edək ki, 2020-ci ildə Naxçıvan MR-da sənaye istehsalı 1,04 milyard manat olub.

Milli.Az