Nadirlə Xatirədən qalmaqallı hərəkət

12 Aprel 2021 18:43

Müğənni Samir Piriyev Bodrumdakı qonşusu ilə videosunu paylaşıb. O videoya " 7 ildir qonşuyuq, hər gün ac qarına 50 dəfə salamlaşıb, söhbət edirik. Demə adımı da bilmirmiş" sözlərini yazıb.

Milli.Az sherg.az-a sitinadən xəbər verir ki, onun videosu gülüş doğurub. Samirin həmkarları da posta rəy yazıblar. Bir neçə məşhurun rəyi isə birmənalı qarşılanmayıb.

Məsələn, Xatirə İslam türk qardaşlarımızı nəzərdə tutaraq bunları söyləyib:

"Onlar belədi də. Guya bilmirsən? Özlərinə lazım olan şeyləri yadda saxlayırlar".
Nadir Qafarzadə isə paylaşıma belə münasibət bildirib:

"Samir, çünki sən, biz onlara lazım deyilik". 

Milli.Az