“Soruşuram ki, siz kişi deyilsiniz?” - Elza

12 Aprel 2021 19:29

Əməkdar artist Elza Seyidcahan bəzi kişi müğənnilərin ünvanına ağır ittihamlar səsləndirib. Elza xanım onları ikiüzlülükdə ittiham edib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, "Hüseynova bacıları" verilişinin qonağı olan Əməkdar artist səs-küylü açıqlamalar verib. 

Deyib ki, bəzi kişi müğənnilər üzdə bir, arxada başqa cür danışıralr: 

"Onlarla tez-tez ünsiyyətdə oluram. Efirdən əvvəl kiminsə arxasınca danışır, yıxıb-sürüyür. Amma verilişdə tamam başqa sözlər deyirlər. Mən də əsəbləşirəm. Soruşuram ki, bu nə hərəkətdir? Siz kişi deyilsiniz? Deyirlər ki, yox, biz kişi deyilik. Sən bizim hamımızdan kişi adamsan".

Milli.Az