Rusiyada fabrik yanır - Ölən və yaralananlar var

12 Aprel 2021 16:43

Rusiyanın Sankt-Peterburq şəhərində "Nevskaya manufaktura" fabrikində güclü yanğın başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğının qarşısı alınarkən bir yanğınsöndürən həlak olub, daha iki nəfər xəsarət alıb.

Digər yanğınsöndürənlər yanan binadan çıxarılıb.

Yanğın 4 min kvadratmetr sahəni əhatə edir. Fabrikin dam örtüyü çöküb.

Yanğının söndürülməsi üçün helikopterlər cəlb olunub.

Milli.Az