Səhvən hesabına köçürülən 1 mln. dolları qaytarmaq istəmədi, həbs olundu

12 Aprel 2021 19:02

Amerikanın Nyu-Orleans şəhərinin sakini səhvən broker hesabına daxil olan 1,2 milyon dolları qaytarmaqdan imtina edib. Bu səbəbdən də həbs olunub.

Milli.Az xəbər verir ki, bu barədə "Unilad" nəşri xəbər verir. 33 yaşlı Kelyn Spadoni pul oğurlama, bank fırıldaqçılığı və qanunsuz pul köçürmələri ittihamı ilə saxlanılıb.

Onun hesabına 82 dollar əvəzinə 1,2 milyon dollar köçürülüb. Həbsdən sonra Spadoni işindən qovulub.

Kamran
Milli.Az