Fransanın "soyqırım"çı senatoru rüşvətxor çıxdı - VİDEO
28 Yanvar 2012 12:26
Milli.Az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Klamar bələdiyyəsinin başçısı, eyni zamanda senator olan Filip Kaltenbaxın rüşvət aldığ yerdə çəkilmiş videosu yayılıb. O, yoxsullar üçün inşa edilən evlərdən birini tanışına vermək qarşılığında 1000 avro pul alır. Videogörüntü ötən gün "Le Figaro" qəzetinin internet saytında yerləşdirilib, ardınca isə xəbər telekanallarında nümayiş etdirilib.
Milli.Az
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.