Polis müğənni Damlanın olduğu toya basqın etdi - VİDEO

12 Aprel 2021 15:04

Sosial şəbəkələrdə tanınmış ifaçı Damlanın müğənni qismində iştirak etdiyi toya polislərin basqın etməsi ilə bağlı video yayılıb.

Milli.Az modern.az-a istiandən xəbər verir ki, yayılan məlumatlara görə hadisə Rusiyada baş verib. Belə ki, Rusiyanın Sanqpeterburq şəhərində keçirilən azərbaycanlı ailənin toy məclisində hüquq mühafizə orqanları toyu saxlayıblar. Səbəb kimi isə qonaqların tapançadan havaya açdığı çoxsaylı atəşlər olub. Rus polisi toy iştirakçılarının hamısını nəzarətə götürüb.

Qeyd edək ki,toyda məşhur müğənni Damlada müğənni kimi iştirak edib.

Milli.Az