Merkel peyvənd qeydiyyatını ləğv etdi

12 Aprel 2021 17:14

Almaniya Kansleri Angela Merkel koronavirusa qarşı peyvənd qeydiyyatını ləğv edib.

Milli.Az vurtualaz.org-a istinadən bildiri ki, Kanslerin Xristian Demokratik Birlik və Xristian Sosial Birlik blokunun qapalı iclasında iştirak etməsi səbəbindən bu günə təyin olunan peyvənd qeydiyyatı ləğv olunub.

Onun İsveç-İngiltərə istehsalı "AstraZeneca" vaksini ilə peyvənd olunacağı planlaşdırılırdı.

Qeyd edək ki, daha əvvəl Almaniya hökumətinin sözçüsü Ulrike Demmer Merkelin yaxın zamanlarda koronavirusa qarşı peyvənd olunacağını açıqlamışdı.

Milli.Az