Qeyri-adi oyun - Komanda meydana 7 futbolçu ilə çıxdı

12 Aprel 2021 17:04

Kolumbiyanın yüksək diviziyasında qeyri-adi oyun baş tutub.

Milli.Az-ın lent.az-a istinadla verdiyi xəbərə görə, "Aqilas"  "Çiko" ilə oyun üçün cəmisi 7 oyunçu açıqlayıb. Qalan 23 futbolçunun isə ya COVID-19  testi pozitiv çıxıb, ya da zədəli olublar. 

Oyunun təxirə salınması ilə bağlı bütün xahişlərə baxmayaraq, federasiya buna razılaşmayıb. Nəticədə meydana 5 meydan oyunçusu və iki qapıçı çıxıb, onlardan biri müdafiədə oynayıb. Onlar rəqibin 11 oyunçusuna qarşı mübarizə aparıblar. 

Milli.Az