Nazir açıqladı - İşğaldan azad bölgədə qəzet redaksiyası bərpa olunacaq - FOTO

12 Aprel 2021 14:06

Füzuli rayonunda "Araz" qəzetinin redaksiyası bərpa ediləcək.

Milli.Az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Tvitter hesabında yazıb.

"Bura 1931-ci ildə Füzulidə yaradılan "Araz" qəzetinin redaksiyasıdır. O, Ermənistan işğalından əvvəl bölgədəki əsas media orqanı idi. İndi binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas olub. Biz onu bərpa edəcəyik", - nazir qeyd edib.

Milli.Az