Quduzluq təhlükəsi

17 Aprel 2021 08:31

İnsanlar quduzluğa qarşı təbii, məhdud həssaslığa malikdir; yoluxma zamanı infeksiyanın inkişaf ehtimalı dişləmin lokalizasiyası və zədələnmənin dərinliyindən asılıdır. Yoluxma klinik halların 1/3-ində vəhşi heyvan dişləməsi nəticəsində baş verir.Qalan hallarda isə insanda quduzluğun yaranmasının günahkarları ev heyvanları və sığırlardır. Vaxtında tibbi yardıma müraciət etdikdə və profilaktik tədbirlər aparıldıqda infeksiyaya yoluxmuş insanda quduzluq xəstəliyi inkişaf etmir.
Quduzluq virusu orqanizmə zədələnmiş dəridən daxil olur və sinir liflərilə yayılır. Bundan başqa, virusun orqanizmdə qan və limfa cərəyanı ilə yayılması da mümkündür. Xəstəliyin patogenezində əsas rolu virusun sinir hüceyrələrinin asetilxolin reseptorlarını bağlaya bilmək və reflektor oyanıqlığı yüksəltmək, sonda isə iflicə səbəb olmaq qabiliyyəti oynayır. Virusun baş və onuğa beynin hüceyrələrinə siraət etməsi MSS-nin kobud üzvi və funksional zədələnmələrinə gətirib çıxarır. Xəstələrdə baş beynə qansızma, beyin toxumasının ödemi, nekrozu və degenerasiyası inkişaf edir.
Quduzluğun inkubasion dövrü 2 həftədən  bir neçə  aya  qədər davam edə bilər. Nadir hallarda inkubasion dövr 1 ilə qədər uzana bilər.

Milli.Az