"Köln" baş məşqçisi Markus Qizdolla yollarını ayırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rəhbərlik 28-ci turda "Maynts"a məğlubiyyətdən sonra (2:3) belə qərar verib.
"Köln" 51 yaşlı mütəxəssisin baş məşqçiliyi altında son 8 matçda qələbə qazana bilməyib. Bu görüşlərdən 6-sı məğlubiyyət, 2-si heç-heçə ilə başa çatıb. "Köln" hazırda Bundesliqanın turnir cədvəlində 23 xalla 17-ci yerdədir.
Qeyd edək ki, Qizdol 2019-cu ilin noyabr ayından Almaniya təmsilçisini çalışdırır.
Milli.Az