Gürcüstanda son sutkada koronavirusa 359 yoluxma qeydə alınıb

12 Aprel 2021 13:19

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 359 yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 288 755, xəstəlikdən ölənlərin sayı isə 3 883 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 277 829 nəfərin sağaldığı bildirilir.

Milli.Az