Müğənni Zara yeni layihəsi ilə ekranlara qayıdır.
Milli.Az axsam.az-a istinadən bildirir ki, o, bu dəfə "Mavera" adlı serialda çəkiləcək. Layihə Hacı Əhməd Yesevinin dastanı əsasında ekranlaşdırılacaq.
Serial Ramazan ayı boyunca "TRT 1" kanalında yayımlanacaq.
Qeyd edək ki, Zara sonuncu dəfə "Eşkiya dünyaya hükümdar olmaz"da rol alıb.
Milli.Az